6 Mart 2015 11:15
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində yaşayış evinin zirzəmisində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzilin zirzəmisinə yığılmış köhnə ev əşyaları və məişət tullantıları yanıb.

Yanğın zamanı qonşu mənzildən 2 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

İLHAMƏ


Müəllif: