6 Mart 2015 12:33
302

Bakının Nəsimi rayonunda cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini, 1979-cu il təvəllüdlü Ramin Vaqif oğlu Tağıyev tutulub.

O, yanvarın 23-də saat 21 radələrində Bülbül prospektində yerləşən kinoteatrda Bakı şəhər sakini Ceyhun Nəbiyevin mobil telefonu masanın üzərindən oğurlayıb.

Hacı Zeynalov


Müəllif: