6 Mart 2015 13:22
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi törədən həbs edilib. Bu barədə Teleqraf.com-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Mübariz Məsimoğlu və onun əmisi oğlu Cavanşır Kərimovu bıçaqlamaqda şübhəli bilinən Hürriyyət Məmmədzadə həbs edilib. Hazırda polis idarəsində Hürriyyət Məmmədzadənin ifadəsi alınır.

Qeyd edək ki, ötən gecə metronun “Qara Qarayev” stansiyası yaxınlığında 53 yaşlı Mübariz Məsimoğlu və əmisi oğlu şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, beş bıçaq yarası alan Mübariz Məsimoğlu əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Mübariz Məsimoğlu şairdir. Hürriyyət Məmmədzadə də AYB-nin üzvüdür.

Hacı Zeynalov


Müəllif: