6 Mart 2015 13:45
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda kirayədə qalan oğlanlar qarət edilib. Bu barədə Teleqraf.com-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayon ərazisində evlərdən birində kirayə yaşayan Şahsuvar Şükürovun və Babək Məmmədlinin kirayədə yaşadıqları evdən 45 manat və 2 ədəd mobil telefon oğurlanıb.

Zərərçəkənlər baş verən oğurluq hadisəsi ilə bağlı 22-ci polis bölməsinə şikayət ediblər. Keçirilən əməliyyat nəticəsində oğurluğu törədən Bakı şəhər sakini Röyal Səfərov tutulub. Röyal Səfərovun əvvəllər məhkum olması üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: