6 Mart 2015 14:26
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda avtomobillərdən oğurluq edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Əhəd Badir oğlu Qədirov tutulub.

O, martın 3-də günorta saatlarında Çiçək qəsəbəsi yeni yaşayış sahəsində Natiq Fətəliyevə məxsus “Ford-Transit” markalı avtomobildən, şüşəni sındırmaqla maqnitafon və Sərvər Məmmədova məxsus mağazadan pəncərəni sındırmaqla 20 manat, televizor, qəbuledici, danışıq kartları və tütün məmulatları oğurlayıb.

Şübhəli şəxsin üzərindən 0,401 qram heroin aşkar olunaraq götürülüb.

Hacı Zeynalov


Müəllif: