6 Mart 2015 14:37
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayonunda oğurluq edənlər yaxalanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən rayon sakinləri Nəbi Hacıyev və Vüsal Fərziyev tutulublar.

Onlar martın 3-də Mehman İsayevə məxsus avtomobildən 25 kiloqram kartof, fevralın 27-də Könül Cəfərliyə məxsus mağazadan isə 10 manat və ərzaq məhsulları oğurlayıblar.

Qeyd edək ki, şübhəli şəxslərin cinayət əməli sübuta yetirilsə onları məhkəmənin hökmü ilə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Hacı Zeynalov


Müəllif: