6 Mart 2015 17:43
420

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ağdaş Rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Ləki kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1989-cu il təvəllüdlü Sahil Səmədov mübahisə zəminində 1983-cü il təvəllüdlü Aslan Hacıyevi bıçaqlayıb. Hadisə qısas məqsədilə törədilib.

Hadisədən əvvəl Sahil Səmədov Aslan Hacıyevin dostunu döyüb. Dostunun döyülməsindən əsəbləşən Aslan Hacıyev Sahili bıçaqlayab. Sahil Səmədov rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: