6 Mart 2015 18:13
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Kürdəmir rayonunda baş verən qətllə bağlı rəsmi açıqlama yayıb.

Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 5-də Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində yolun kənarında üzərində zorakılıq əlamətləri olan kişi meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılan ilkin araşdırmalarla meyitin rayonun Axtaçı kənd sakini, 1994-cü il təvəllüdlü Budaqov Neman Hacı oğlu olması müəyyən edilib.

Rayon Polis Şöbəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən tarixdə saat 22 radələrində Axtaçı kənd sakini, 1992-ci il təvəllüdlü Bağırov Toğrul Müşfiq oğlu ilə aralarında baş vermiş şəxsi münaqişə zəminində sonuncunun N.Budaqova ov tüfəngindən atəş açaraq qəsdən öldürməsində kifayət qədər şübhələr olduğundan T.Bağırov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin aləti olan ov tüfəngi isə maddi sübut kimi götürülüb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: