7 Mart 2015 15:07
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 20 gün müddətinə həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 5-də saat 11 radələrində Cavid Abbasəliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı BPİ DYPİ əməkdaşları tərəfindən saxlanılıb.

C.Abbasəliyev Xəzər rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs edilib.


Müəllif: