7 Mart 2015 15:20
402

Rusiyada qətlə görə axtarışda olan iki azərbaycanlı tutulub. Onlardan biri qadındır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasında axtarışda olan iki azərbaycanlı tutulub. Bunlar Yusif Muradov və Nazlı Muradovadır.

Onların barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarış elan edilib.


Müəllif: