9 Mart 2015 21:47
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini Hüseynağa Məmmədovdan 1,8 qram marixuana götürülüb.

Teleqraf.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirlərini Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) əməkdaşları həyata keçiriblər. Davam etdirilən əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satmış əvvəllər məhkum olunmuş Elçin Məmmədhəsənov da tutulub. Onun evinə baxış zamanı əlavə 15 kiloqram 65 qram marixuana da aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: