10 Mart 2015 15:56
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən bazarda törədilib.

1963-cü il təvəllüdlü Nadir Abduləliyev bazarda olan bacısı, 1965-ci il təvəllüdlü Aybəniz Lətifovaya ov tüfəngindən atəş açıb. Aybəniz Lətifova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Polis əməkdaşları tərəfindən cinayət hadisəsini törətməkdə şübhəli bilinən Nadir Abduləliyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: