11 Mart 2015 10:55
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə martın 10-da, axşam saatlarında qeydə alınıb.

Gəncə şəhərinə qonaq gedən Bakı şəhər sakini Zirəddin Hüseynov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyə Şöbəsinə gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən şəxsin axtarışları aparılır.

Faktla araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: