11 Mart 2015 11:12
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Gilgilçay kəndində qeydə alınıb.

Qobustan rayon sakini Arif Balayevin idarə etdiyi “MAN” markalı yük avtomobili ilə Yevlax rayon sakini Yaqub Səfərovun sürdüyü “KamAZ” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində Yaqub Səfərov ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: