17 May 2014 11:56
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Vidadi Əliyevin idarə etdiyi “VAZ-2106” markalı və 1990-cı il təvəllüdlü Zahid Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Vidadi Əliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: