11 Mart 2015 13:12
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev vətəndaşlar üçün qəbul keçirəcək.

DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qəbul 18 mart 2015-ci il tarixdə, saat 11:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün təşkil olunacaq.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Naibə QURBANOVA


Müəllif: