11 Mart 2015 13:21
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisindəki “McDonalds”-da Bakı şəhər sakini Almara Hüseynovanın çantasından 2500 manatı oğurlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada mühafizəçi işləyən Bakı şəhər sakini Vüsal Həsənov saxlanılıb.

Hacı Zeynalov


Müəllif: