11 Mart 2015 14:36
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə lisey şagirdi olan oğlan sevdiyi qızın anasını silahla vuraraq ağır yaralayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Çorumun Alaca məhəlləsində baş verib.

Liseydə şagird olan S. Ş onunla eyni məktəbdə oxuyan Z.K-nı sevib. Qız isə buna qarşı çıxıb. Sevdiyi qızdan qarşılıq görməyən oğlan səhər saatlarında qızın evinə gedərək onun anasıyla mübahisə etməyə başlayıb.

Söhbətin böyüməsi görən oğlan üzərində gəzdirdiyi silahla 37 yaşlı S.K.-nı vurub. Xəstəxanaya çatdırılan 4 uşaq anası S.K-nın vəziyyətinin ağır olduğu deyilib.

S.Ş hadisə yerində silahı ataraq qaçıb. Polis hazırda şübhəlinin tutulması üçün əməliyyatı davam etdirir.

Rüstəm


Müəllif: