11 Mart 2015 15:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Vadim Naumovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin sentyabrın 25-də Nərimanov rayonu Ağa Nemətulla küçəsi 23 saylı binanın qarşısında daimi yaşayış yeri olmayan və küçələrdə tüfeyli həyat tərzi keçirən Piralllahı rayon sakini Vadim Naumov digər “bomj” Abşeron rayon sakini Rauf Hacıyevi boğaraq öldürüb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Vadim Naumov tutulub.

Vadim NaimovCinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vadim Naumov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: