11 Mart 2015 16:52
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda şirkət rəhbəri intihar edib.

Teleqraf.com xəbər verir ki, hadisə İnşaatçılar prospekti 22/26 ünvanında qeydə alınıb.

Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Fizuli Şabay oğlu Qasımov odlu silahdan atəş açaraq özünü öldürüb. Mərhum tikinti materiallarının satışı ilə məşğul olan şirkətə rəhbərlik edib.

Füzuli Qasımovun külli miqdarda borca düşdüyü bildirilir. İş adamının hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: