12 Mart 2015 10:04

Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi olub.

Hüquq-mühafizə orqanlarından Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Elvira Nuriyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İlkin ehtimala görə, Elvira Nuriyeva ailə mübahisəsi zəminində intihar etmək məqsədilə çoxlu sayda dərman qəbul edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: