12 Mart 2015 11:03

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən- Yaşar Rəsulov, Reyhan Hüseynova, Kəmalə Rüstəmova, Ceyran Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldadıblar. Verdikləri borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adlarına keçiriblər.

Səkinə Sadıqovanın dəyəri təxminən 300 min manat olan obyekti mənimsənilib. Əvəzində isə ona 100 min manat ipoteka şəklində kredit söz verilib. Bütün sənədlər imzalanır və ona pulu tez bir zamanda götürəcəyi deyilib. Əslində isə qol çəkilən sənədlər alqı-satqı müqaviləsi olub.

Təqsirləndirilən şəxslər Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunurlar.


Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 29-a təyin edilib.

Hacı Zeynalov


Müəllif: