12 Mart 2015 11:31
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ikimərtəbəli çox mənzilli yaşayış binasında yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, ümumi sahəsi 900 kv.m olan (hər mərtəbəsi 450 kv.m) çoxmənzilli ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində mənzillərin arakəsmə divarları 96 kv.m sahədə, 2-ci mərtəbədə 6 mənzilin yanar konstruksiyaları və dam örtüyü 450 kv.m sahədə (ümumi 545 kv.m sahədə) yanıb.

Yanğın zamanı binadan 33 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuş və 2 nəfər xəsarət alan aidiyyatı üzrə təhvil verilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İLHAMƏ


Müəllif: