12 Mart 2015 11:58
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzaya səbəb olan «avtoş» qaçır, vurduğu «Prado»nun sürücüsü isə onu qovur

Bakının Babək prospektində avtoxuliqan qəza törədərək hadisə yerindən qaçıb. Avtosfer.az-ın məlumatına görə, hadisə bu ilin yanvarında baş versə də, «Opel» markalı, 90-CG-179 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün hərəkətləri hələ də sosial şəbəkələrdə müzakirə olunur.

Videodan görünür ki, «Opel» sürətlə hərəkət edir və iki maşının arasından ötüb keçmək istəyir. Lakin onun cəhdi baş tutmur. Yük maşını ilə «Prado»nun arasında qalan «Opel»in təkərləri göyə qalxır. Qəzaya səbəb olan «avtoş» əvvəlcə dayansa da, sonradan qaçmağa başlayır. Videodan o da məlum olur ki, «Prado»nun sürücüsü qaçan «Opel» sürücüsünü qovur…

Həmin hadisənin videosunu təqdim edirik.


Müəllif: