12 Mart 2015 15:39
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi törədən sürücü müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş “QAZ-2752-104” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Aynur Abdullayeva tutulub.

Qeyd edək ki, martın 5-də rayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Yardımlı rayon sakini Maqsud Şəbiyev və Zərdab rayon sakini Nəsimi Əlövsətli vurulublar. Maqsud Şəbiyev hadisə yerində ölüb, Nəsimi Əlövsətli isə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: