12 Mart 2015 16:25

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İlqar Gülməmmədovun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanında (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 2,71 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Naibə QURBANOVA


Müəllif: