13 Mart 2015 12:56

Goranboy rayonunun Yeni Yol kəndində yaşayan Şəhla Hüseynovanın evində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə martın 12-də saat 13 radələrində qeydə alınıb.

Nəticədə 15 kvm. sahədə ev əşyaları yanıb, xəsarət almış Şəhla Hüseynova xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hacı Zeynalov


Müəllif: