15 Mart 2015 01:15

Özünü “Ədalət uğrunda” qəzetinin əməkdaşı kimi təqdim edən İmişli sakini vətəndaşları aldadaraq onlara külli miqdarda ziyan vurub.

İmişli polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən il Zaqatala rayonunda baş verən zəlzələdən zərər çəkən bir neçə rayon sakinindən küllü miqdarda pul alaraq onlara ev tikməyi söz verən İmişli rayon sakini Eldar İbişov polis tərəfindən saxlanılıb.

Eldar İbişov ümumilikdə zərəçəkən sakinlərdən 65 min manatadək pul alaraq onlara evlərinin tikilməsi vədi verib və aradan çıxıb. Daxil olan müraciətlərdən sonra ötən ilin iyul ayında Eldar İbişov barəsində axtarış elan edilib. Bir müddət istintaqdan gizlənməyi bacaran Eldar İbişov martın 13-də İmişli rayon polis əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib. Məlum olub ki, İbişov Eldar eyni zamanda özünü mətbuat işçisi - “Ədalət uğrunda” qəzetin əməkdaşı və ali təhsilli müəllim kimi təqdim edərək sakinlərin etibarından sui stifadə edib. Həmçinin araşdırma zamanı məlum olub ki, Eldar İbişov əvvəllər də dələduzluq maddəsi ilə məsuliyyətə cəlb edilib.


Hal-hazırda faktla bağlı İmişli Polisi şöbəsində cinayət işi açılıb araşdırma aparılır.


Müəllif: