16 Mart 2015 11:38
338

Bakının Yasamal rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yeni dairəvi yolunda qeydə alınıb.

Bakı şəhər sakini Bağır Məmmədzadə idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcısına vurub. Onun 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Cəmşir Bayramov xəstəxanada ölüb.

Ölümlə nəticələnən daha bir yol qəzası Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Eldar Məmmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobili aşırıb, nəticədə hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: