17 Mart 2015 11:55
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyatı Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri zamanı narkotik satışı ilə məşğul olan 1975-ci il təvəllüdlü Vasif İbrahimov, 1986-cı il təvəllüdlü Nicat Həsənov və Ayaz İbrahimov tutulublar.

Onlardan ümumi çəkisi 417.97 qram olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: