18 Mart 2015 12:35
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Elşən Nəsirovun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 3 ədəd bağlamada, ümumi xalis çəkisi 153,69 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Naibə QURBANOVA


Müəllif: