18 Mart 2015 16:22
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 17-də saat 12 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsində rayon sakinləri Cavid Əmiraslanovun və Emin Həsənovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

C.Əmiraslanovun xəstəxanaya yerləşdirilmiş sərnişini, həmyerlisi Elnur Rüstəmov orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: