18 Mart 2015 17:46

Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların xidmət əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakı davam edir.

Terleqraf.com xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsində məhkum yeniyetmələrlə bağlı növbəti belə tədbir martın 17-də, Novruz bayramı ərəfəsində keçirilib.

Yeniyetmələr – Məhərrəmov Yasin, Məmmədov Fazil və Qurbanlı Zamin gəzintidən əvvəl Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Milli Parkda gəzintidən və filmə tamaşadan sonra Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Hacı Zeynalov


Müəllif: