18 May 2014 15:49
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildə kişi köməksiz vəziyyətdə tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında Türkiyə vətəndaşı 1967-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbədəki mənzilin qapısını bayır tərəfdən açaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən Ahmed Eser oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Eser oğlunun vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Müəllif: