19 Mart 2015 12:43

Şəmkir rayonunda qadınları fahişəliyə cəlb edilməsi faktı aşkar olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini Əfsanə Məmmədova həbs edilib.

Əfsanə Məmmədova azərbaycanlı qadınları Türkiyəyə aparıb. O, qadınları Türkiyənin bir neçə şəhərində olan otellərdə fahişəlik etməyə məcbur edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: