19 Mart 2015 16:40

Sumqayıt şəhərində ağır qətl hadisəsi baş verib.

Sumqayıt Şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, şəhər sakini, 1985-ci il təvəllüdlü Esmira Hüseynova bıçaqlanaraq qətlə yetirilib.

Cinayətin Esmira Hüseynovanın həyat yoldaşı Zaur Hüseynov tərəfindən törədilməsi müəyyən edilib. O, həbs edilib. Zaur Hüseynov əvvəllər məhkumluq həyatı yaşayıb. Hadisə ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: