22 Mart 2015 23:58
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanan evdə meyit tapılıb.


Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.


Evdən 1959-cu il təvəllüdlü Məmmədov Hacı Məhi oğlunun yanmış meyiti aşkarlanıb.


Evin zirzəmisində yerləşən qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: