23 Mart 2015 13:59
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bayram günü avtomobildən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi martın 20-də baş verib. Gəncə şəhərinə qonaq gələn Göygöl rayon sakini Əsgər Bağırova məxsus “VAZ-2107” markalı avtomobildən oğurluq edilib.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Gəncə şəhər sakini Şakir Allahverdiyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: