23 Mart 2015 15:25
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda evdən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Salyan Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi rayonunun Yolüstü kəndində qeydə alınıb. Kənd sakini Azəricəlal Cəlillinin evindən ov tüfəngini oğurlanıb. Polis əməkdaşlarıının keçirdiyi əməliyyat nəticəsində oğurluqda təqsirli bilinən Yolüstü kənd sakini Coşqun Cəfərov tutulub. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: