23 Mart 2015 17:30
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Veravul kəndi ərazisindən qeydə alınıb.

Lənkəran şəhər sakini Kazım Əzizovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus digər sərnişin avtobusu ilə toqquşub. Nəticədə 8 nəfər yaralanıb. Yarılılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: