24 Mart 2015 14:37
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonnunda əcnəbi vətəndaşa məxsus obyektdən oğurluq edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elxan Məmmədov tutulub.

O, martın 14-də Rusiya Federasiyası vətəndaşı Xanım Saxvanovaya məxsus kompyuter salonundan 6 ədəd oyun kompyuter və 6 ədəd disk oğurlayıb.

Hacı Zeynalov


Müəllif: