24 Mart 2015 15:09
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Nuriyevdən 5 kiloqram 100 qram marixuana götürülüb.

Daha bir əməliyyatı Suraxanı polisi keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Xəqani Hüseynzadədən 435 qram heroin götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: