24 Mart 2015 16:03
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Xətai Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Y.Səfərov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini İbrahimxəlil Həsənov idarə etdiyi “Hovo” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Qulam Göyüşovu vurub. Xəstəxanaya yerləşdirilmiş Q.Göyüşov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: