24 Mart 2015 17:28
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda evdən oğurluq edilib. Bu barədə Teleqraf.com-a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi martın 22-də qeydə alınıb. Bakı şəhər sakini Gülbacı Sadıqovanın evindən qızıl əşyalar oğurlanıb. 23-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin Gülbacı Sadıqovanın nəvəsi, həmin mənzildə yaşayan İlkin Paşayev tərəfindən törədilməsi müəyyən edilib.

O, həbs edilib.

Hacı Zeynalov


Müəllif: