24 Mart 2015 22:59
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonu ərazisində kişi meyidi tapılıb.

Teleqraf.com-un əməkdaşının verdiyi məlmuata görə, meyid rayonun Qaraqoyunlu kəndi ərazisindən keçən şor su kanalından aşkarlanıb. Araşdırmalar zamanı həmin şəxsin Ağdam rayon sakini, 68 yaşlı Dadaşpur Sabir olduğu müəyyən olunub.

Yaxınlarının bildirdiyinə görə, mərhum Ağdamın "Dörd yol-2" qəsəbəsində məskunlaşıb. O, 12 gün öncə yaşadığı evdən çıxıb. Onu yaxınları axtarsalar da tapa bilməyiblər. Hazırda mərhuun bu əraziyə nə üçün gəldiyi və hansı şəraitdə suya düşüb boğulduğu araşdırılır.

Daşqın Abdullayev


Müəllif: