19 May 2014 14:48
655

“Royalbank” Açıq Səhmdar Cəmiyyətinin filial rəhbərinin qanun pozuntularına yol verməsi barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cəmiyyətin 5 saylı filialının müdiri Natiq Bayramov qulluq mövqeyindən istifadə etməklə bankda depozit hesabına yerləşdirmək adı altında Bakı şəhər sakinindən aldığı 120 min manat məbləğində pul vəsaitini rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar əlavə edərək aldatma yolu ilə ələ keçirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Hacı Zeynalov


Müəllif: