21 May 2014 17:12
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda quldurluq cinayəti baş verib.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, naməlum şəxs Bakı sakini, 30 yaşlı Amid Talıbova bıçaqlayıb. Həmin şəxs daha sonra Amid Talıbovun içərisində külli miqdarda pul olan çantasını alıb.

Amid Talıbov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Yasamal polisi cinayəti törədən şəxsin müəyyən edilərək tutulması üçün tədbirlər görür.

Hacı Zeynalov


Müəllif: