21 May 2014 20:09
594

Şirvan Apelyasiya Məhkəməsində ölümə sui-qəsddə ittiham olunan Alim Əliyevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ittihama görə, Alim Əliyev ötən ilin avqustunda saat 21.00-da sərxoş vəziyyətdə yaşadığı Sabirabad rayonunun Minbaşı kəndində qardaşı Elşən Əliyevi öldürməyə cəhd edib.

Elşən Əliyevin oğlu Qədir Bakı şəhəri ərazisindəki “Sədərək” ticarət mərkəzində işləyən əmisi oğlu Alimdən 300 manat pul alıb. Həmin gün Alim qardaşının evinə gedib və ondan 300 manatı geri verməsini tələb edib. Bu zaman qardaşlar arasında mübahisə yaranıb. Alim qardaşına çoxsaylı bıçaq zərbələri vurub.

Elşən Əliyev təcili olaraq xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Alim Əliyevi Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları həbs edib.

Alim Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Alim Əliyev apelyasiya şikayəti verib. O, şikayətində barəsində həbs olmayan cəzanın təyin edilməsini xahiş edib.

Hacı

Müdafiə tərəfinin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Alim Əliyevin apelyasiya şikayəti qismən təmin edilib və birinci məhkəmə instansiyasının hökmü dəyişdirilib. Məhkəmə Alim Əliyevin cəzasını 3 ilə endirib.


Müəllif: