23 May 2014 11:09
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi narkotiklərlə bağlı əməliyyat keçirib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Elxan Əmirovdan 460 qram marixuana aşkar olunaraq götürülüb.

Yasamal rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş Pərviz Novruzovdan 470 qram marixuana aşkar olunaraq götürülüb.

Hacı Zeynalov


Müəllif: