23 May 2014 12:47
423

Bakıda polisin saxladığı şəxs qaçıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi və Səbail rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Hyundai” markalı avtomobil Cavadxan küçəsində saxlanılıb.

Həmin zaman avtomobilin sürücü düşərək hadisə yerindən qaçıb. Araşdırmalar nəticəsində saxlanılmış avtomobilin Şəki rayon sakini Məmməd Məmmədova məxsus olması müəyyən edilib.

Məlum olub ki, həmin avtomobil martın 16-da Esmira Həşimovaya məxsus avtomobildən oğurlanmış 99 ES 993 dövlət qeydiyat nişanları ilə idarə edilirmiş.

Avtomobilin yük yerinə baxış zamanı müxtəlif markalı avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları da aşkar olunaraq götürülüb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: